Futbol üzrə Azərbaycan birinci divizionunda XVI tura yekun vurulub.
Korner.az-ın məlumatına görə, bu gün keçirilən 3 oyunda aşağıdakı nəticələr qeydə alınıb.
21 fevral
Birinci divizion, 16-cı tur
“Bakılı” – “Mil-Muğan” – 2:2
Qollar: Samir Babayev, 30 (0:1), Əli Hüseynov, 41-pen (1:1), Coşqun Süleymanov, 85 (1:2), Kənan Səlahəddinoğlu, 90+2 (2:2)
“Turan Tovuz” – “Göyəzən” – 6:2
Qollar: Babək Hüseynov, 10, 16 (0:2), Tuqay Alhüseynli, 28, 32 (2:2), Asəf Qədiri, 37 (3:2), Babək Məhərrəmov, 53-avtoqol (4:2), Ramil Mansurov, 59 (5:2), Tuqay Alhüseynli, 83 (6:2)
“Qaradağ Lökbatan” – “Zirə” – 0:2
Qollar: Besik Çimakadze, 53 (0:1), Adil Nağıyev, 64 (0:2)
