Səlahət Ağayevin yeni klubu – Rəsmi
14.06.2021 , 12:20

“Neftçi”dən ayrılan Səlahət Ağayevin yeni klubu müəyyənləşib.
Korner.az-ın məlumatına görə, təcrübəli qapıçı karyerasını “Sabah”da davam etdirəcək. 30 yaşlı qapıçı ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Neftçi” S.Ağayevla başa çatan müqaviləni yeniləməmişdi. O, Bakı təmsilçisində son 4 mövsüm ərzində 70 oyunda meydana çıxmışdı.
