Futbol

Səlahət Ağayev AZAL-a qarşı oynayacaq?

31.03.2017 , 13:35

Millimizin Qətərlə keçirdiyi yoxlama oyununda zədə alan “İnter”in qapıçısı Səlahət Ağayev hələ də zədəsini sağalda bilməyib.
 

Korner.az-ın məlumatına görə, bu haqda sportal.az saytı xəbər yayıb.

Təcrübəli əlcək sahibi buna görə Premyer Liqanın XXIV turunda AZAL-la oyunda komandasına kömək edə bilməyəcək.
 

Klubdan əldə edilən məlumata görə, bir neçə gündür fərdi şəkildə hazırlaşan “çərçivə qoruyucu”su AZAL-la oyundan sonra komanda ilə birgə məşqlərə start verəcək. Onun ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Qəbələ” ilə qarşılaşmada meydanda olacağı ehtimal edilir.

Qeyd edək ki, Səlahətin yoxluğunda “İnter”in qapısını ikinci qapıçı Orxan Sadıqlı qoruyur.

Son yazılar

Yuxarı