“Neftçi”nin “Zirə” ilə oyunöncəsi məşqdə zədələnmiş qapıçısı Səlahət Ağayev sağ budun gətirici əzələsinin vətərinin hissəvi yırtığı diaqnozu ilə əməliyyat olunacaq.
Təcrübəli futbolçu bunun üçün sabah – sentyabrın 19-da Türkiyənin İstanbul şəhərinə yola düşəcək. Əməliyyat “Acıbadəm” xəstəxanasında baş tutacaq.
