Şəkidə süni örtüklü meydança istifadəyə verildi
16.11.2021 , 18:27

Şəki şəhərində AFFA tərəfindən inşa olunmuş süni örtüklü meydança istifadəyə verilib.
Korner.az xəbər verir ki, 8 nömrəli məktəbin ərasizində quraşdırılan meydançanın açılış mərasimində AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və məktəbin direktoru Almaz Əliyeva iştirak edib.
Açılış mərasimindən sonra Şəki uşaq komandalarının iştirakı ilə yoldaşlıq oyunu keçirilib.
