Warning: file_get_contents(http://api.football-data.org/v2/matches?dateFrom=2019-06-18&&dateTo=2019-06-19): failed to open stream: HTTP request failed! HTTP/1.1 429 in /usr/www/users/korner/wp-content/themes/flex-mag/scoreboard.php on line 382

Warning: Invalid argument supplied for foreach() in /usr/www/users/korner/wp-content/themes/flex-mag/scoreboard.php on line 384
Futbol

“Səhvlərimizi düzəltməliyik”

11.06.2019 , 00:46

Azərbaycan millisinin kapitanı Maksim Medvedev yığmanın AVRO-2020-nin seçmə mərhələsində sabah Slovakiyaya qarşı keçirəcəyi matçdan öncə təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə görüş barədə fikirlərini bildirib…

– Macarıstana məğlub olduq, bunu yaddan çıxarmalıyıq. Oyunu təhlil etmişik, səhvlərimizi düzəltməliyik. Bütün diqqətimiz Slovakiya ilə oyundadı. Güclü komandaya qarşı oynayacağıq. Meydanda mübarizə aparmalıyıq. İnanırıq ki, yaxşı nəticə ilə oyunu başa vura biləcəyik.

-Millinin son oyunlarındakı zəif çıxışına görə azarkeşlər sabah stadionda AFFA-nı istefaya çağıracaq. Mümkün bu halların qarşısını almaq üçün sabahkı oyunda müsbət nəticə əldə edəcəyinizə söz verə bilərsiz?
– Azarkeşlər bizi daim dəstəkləyir. Onlara təşəkkür edirəm. Onların belə bir fikri varsa, inanmıram ki, bu meydanda hansısa futbolçuya təsir etsin. Çünki bizim diqqətimiz oyunda olacaq. İstəmərəm belə hal oyunçulara təsir etsin.

– Bu zamana kimi niyə ölkə xaricinə getməmisiz?
– Mən 16 yaşımda başlamışam futbola. O vaxt Rasim Kara mənə şans verdi və bundan istifadə edə bildim. İldən-ilə artım oldu və başa düşdüm ki, “Qarabağ” mənə doğmadı, niyə getməliyəm. 21 yaşadək futbolçular Lixtenşteynə məğlub oldu. Məsələn İsmayıl və Hacını götürək. Onların əsas heyətə düşməyi çətindi. Onların oyun praktikası yoxdu. Bizin klubdan 4-5 oyunçu milli komandadı. Ancaq Lixtenşteynin oyunçuları ildə 40 oyuna çıxır.

Son yazılar

Yuxarı