Digər idman növləri

Şəhriyarın yeni reytinqi

31.08.2018 , 21:56

Beynəlxalq Şahmat Federasiyası (FİDE) sentyabr ayı üçün reytinq siyahısını açıqlayıb
Avqust ayı ilə müqayisədə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 3-cü pillədəki yerini qoruyub. Şahmatçımız reytinqini 19 xal artıraraq  2820-ə yüksəldib. O, birinci pillədəki dünya çempionu Maqnus Karlsendən  (Norveç, 2839) 19, Fabiano Karuanadan isə (ABŞ, 2827) cəmi 7 xal geri qalır.
Qeyd edək ki, siyahıda digər şahmatçılarımız Teymur Rəcəbov 17-ci (2751), Arkadi Naydiç 28-ci (2721), Rauf Məmmədov 46-cı (2699) pillədə yer alıb.

Son yazılar

Yuxarı