Şəhriyar turun oyunçusu seçildi
31.10.2018 , 16:33

“İnStat”ın təhlilinə əsasən Topaz Premyer Liqasında IX turun ən yaxşı futbolçusu məlum olub
Bu, “Sumqayıt”ın futbolçusu Şəhriyar Əliyevdir. “Qəbələ”yə qarşı keçirilən oyunda müdafiəçi dubla imza atıb. Araşdırmalara əsasən, Ş. Əliyev turun ən yüksək indeksə malik olan futbolçusudur.
Qeyd edək ki, “Sumqayıt” – “Qəbələ” oyunu 2:2 hesabı ilə başa çatıb.
