Şəhriyar “TOP-3″dən kənarda qaldı
01.02.2019 , 19:15

Beynəlxalq Şahmat Federasiyası (FİDE) fevral ayı üçün reytinq siyahısını açıqlayıb.
Yanvar ayı ilə müqayisədə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 2 pillə geriləyib. O, 2790 xalla 5-cidir.
Siyahıda digər şahmatçılarımız Teymur Rəcəbov 13-cü (2756), Arkadi Naydiç 22-ci (2732), Rauf Məmmədov 42-ci (2703), Eltac Səfərli (2681) 63-cü, Qədir Hüseynov (2664) isə 82-ci pillədə yer alıb.
Qadın şahmatçıların siyahısında Günay Məmmədzadə (2422) 49-cu, Xanım Balacayeva 64-cü (2397), Gülnar Məmmədova isə 2368 xalla 99-cudur.
Qeyd edək ki, siyahıya Norveç şahmatçısı Maqnus Karlson (2845) başçılıq edir. Fabiano Karuana (ABŞ, 2828) ikinci, Lifen Dinq (Çin, 2812) üçüncüdür.
