“Bugünkü oyunda “Neftçi”ni məğlub edib, 3 xalı qazanmağı hədəfləyirik. İlk turda məğlub olduğumuza görə, bu gün yalnız 3 xal qazanmağı düşünürük”.
Bu sözləri Korner.az-a açıqlamasında “Rəvan”ın aparıcı üzvlərindən olan Şəhriyar Rəhimov deyib.
“Uçan Aslanlar”ın “onurğa sütunu” rəqibə hörmətlə yanaşdıqlarını, yalnız heç-heçəni belə düşünmədiklərini bildirib:
“Neftçi” güclü komandadı və biz onlara hörmətlə yanaşırıq. Bilirik ki, güclü komandadı, ancaq qorxmuruq. Qələbə qazana biləcəyimizə inanırıq. Oyunun gedişindən çox şey asılı olacaq. Məğlubiyyət haqda heç düşünmürük də. Son dəqiqələrə kimi qələbə üçün mübarizə aparacağıq. Çünki ilk turda məğlub olmuşuq və bu dəfəki yenilgi bizim turnir cədvələindəki vəziyyətimizi daha da pisləşdirər”.
