Şəhriyar Məmmədyarov qələbə ilə başladı
15.11.2022 , 10:55

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının doqquzuncu – sonuncu mərhələsinə qələbə ilə başlayıb.
Korner.az xəbər verir ki, şahmatçımız final raundunun I turunda hindistanlı Rameşbabu Praqqnanandha ilə üz-üzə gəlib. Məmmədyarov rəqibini 2,5:1,5 hesabı ilə üstələyib. Azərbaycan şahmatçısı II turda polşalı Yan Kşiştof-Duda ilə qarşılaşacaq.
Turnir noyabrın 20-də başa çatacaq. Yarışın mükafat fondu 210 min dollardır.
