Beynəlxalq Şahmat Federasiyası (FİDE) növbəti reytinq siyahısını açıqlayıb
Həm yerlimiz Şəhriyar Məmmədyarov 2-ci pillədəki yerini qoruyub. O, hazırda 2809 xalla birinci pillədəki dünya çempionu Maqnus Karlsendən (Norveç) 34 xal geri qalır.
Qeyd edək ki, siyahıda digər şahmatçılarımız Teymur Rəcəbov 18-ci (2748), Rauf Məmmədov 39-cu (2709), Arkadi Naydiç 45-ci (2701) pillədə yer alıb.
