Şəhriyar Məmmədyarov Maqnus Karlsenlə heç-heçə edib
27.08.2018 , 11:23

“Sinquefield Cup” turniri davam edir
ABŞ-ın Sent-Luis şəhərində keçirilən turnirin VII turu çərçivəsində azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenlə qarşılaşıb. Partiya heç-heçə ilə başa çatıb.
Məmmədyarov, Qrişuk, Aronyan və Karlsen 2-5-ci yerləri bölüşür.
Turnir avqustun 27-də başa çatacaq. Sinkfild Kubokunun qalibi 75 min dollar qazanacaq. Turnirin ümumi mükafat fondu isə 300 min dollardır.
