“Hazırlıqlarımız normal gedir. Artıq elə də çox gün qalmadı çempionatın başlamasına. Qarşıda bizi çətin oyunlar gözləyir”.
Bu sözləri Korner.az-a açıqlamasında “Bakı”nın futbolçusu Şəhriyar Əliyev deyib.
İyulun ayın 2-də Bakıda keçiriləcək hərbçilər arasında dünya çempionatına hazrlaşan və millimizin də şərəfini qoruyan Əliyev burada yaradılan şəraitin yaxşı olmamasından da gileylənib:
“Düzdü şərait tam yaxşı deyil. Ancaq buna baxmayaraq uşaqlar ürəklə məşq edir. Ölkəmizi layiqli şəkildə bu çempionatda təmsil etməyə çalıışacağıq. Çünki millinin formasını geyinirik və buna layiq olduğumuzu isbatlamalıyıq”.
