Gündəm

Şəhidlərimizdən biri futbolçu olub

17.11.2021 , 21:47

Noyabrın 16-da Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan əsgər Əlizadə Elmin Samir oğlu futbolçu olub.

Korner.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, 2013-2016-cı illər ərzində  UGİM Mingəçevir komandasının tərkibində AFFA tərəfindən təşkil olunan liqaların iştirakçısı olub.

“Futbol ictimaiyyəti adından bütün şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik” – deyə bildirilib.

Qeyd edək ki, Ermənistanın son təxribatı nəticəsində Azərbaycanın 7 hərbçisi şəhid olub, 10-u yaralanıb.

Son yazılar

Yuxarı