Şəhidlərimizdən beşi futbolçu idi
17.09.2022 , 13:41

Ermənistan silahlı qüvvələri tərəfindən sərhəddə törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olan 5 hərbçimiz müxtəlif vaxtlarda AFFA tərəfindən təşkil olunan liqaların və turnirlərin iştirakçısı olub.
Korner.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Xəbərdə futbol ictimaiyyəti adından bütün şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr arzulanıb.
Allah rəhmət eləsin!
