“Səhhətim yaxşıya doğru gedir” – Təmkin Xəlilzadə
17.11.2020 , 18:25

Azərbaycan millisinin və “Sabah”ın futbolçusu Təmkin Xəlilzadə koronavirusa yoluxması ilə bağlı paylaşım edib.
Korner.az xəbər verir ki, futbolçu instaqram hesabında sağlıq durumunun yaxşıya doğru getdiyini bildirib:
“Dostlar, yazan, maraqlanan, narahat olan, şəfa diləyən hər kəsə təşəkkür edirəm! Hazırda Xorvatiyada karantindəyəm, səhhətim yaxşıya doğru gedir. İnşallah, tezliklə görüşəcəyik. Ətrafınızı və özünüzü bu virusdan maksimum şəkildə qorumağa çalışın”.
Azərbaycan millisinin iki üzvü Təmkin Xəlilzadə və Rahil Məmmədovun koronavirus testi müsbət çıxıb.
