“Mançester Siti”nin kapitanı Vensan Kompani Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda “Şaxtyor”la (Donetsk) oyunu buraxacaq.
Bu barədə İngiltərə klubunun baş məşqçisi Pep Qvardiola məlumat verib. O, belçikalı müdafiəçinin sabah oynamağa hazır olmadığını bildirib.
“Mançester Siti” – “Şaxtyor” görüşü bu gün keçiriləcək.
