“Mançester Siti” daha bir futbolçusuna yeni müqavilə təklif edib.
İngiltərə təmsilçisi Qabriel Jezusla müqavilənin müddətini artırmaq barədə razılığa gəlib. Onunla 5 illik yeni müqavilə imzalanacaq. Braziliyalı hücumçu həftəsinə 150 min funt sterlinq qazanacaq.
Jezusun hazırkı müqaviləsi 2021-ci ilin iyununda başa çatır.
