“Mançester Siti”nin heyətində daha bir futbolçu zədələnib.
Korner.az-ın mlumatına görə, bu haqda Britaniya mətbuatı xəbər yayıb.
Manuel Pelleqrinin komandası ciddi itki ilə üzləşib. Klubun ingilis futbolçusu Rahim Sterlinq zədələnib. Gənc yarımmüdafiəçinin 6 həftə meydandan uzaq qalacağı məlumdu.
Sterlinq “Mançester Siti”yə “Liverpul” klubundan keçmişdi.
