“Şəhərlilər” üçün ŞOK zədə!
16.08.2018 , 11:00

“Mançester Siti”də ciddi itki baş verib.
“Şəhərlilər” yarımmüdafiəçisi Kevin De Brüynenin xidmətindən məhrum olub. Belə ki, 27 yaşlı futbolçu məşq zamanı zədələnib. Dizindən zədələn De Bryünenin 2-3 ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.
Qeyd edək ki, belçikalı oyunçu ötən mövsüm Premyer Lqada 37 matçda 8 qol vurub, 17 assist edib.
