“Mançester Siti”nin heyətində ciddi itki baş verib. “Şəhərlilər”in aparıcı futbolçularından olan Con Stonz sıradan çıxıb. Onun uzun müddət yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
İngiltərə Premyer Liqasının 12-ci turu çərçivəsində “Lester”lə oyunun (2:0) 28-ci dəqiqəsində zədələnən 23 yaşlı müdafiəçinin durumu ciddidi. İlkin müayinədən sonra onun ən azı 6 həftə oynamayacağı müəyyənləşib. Bu isə İngiltərə millisinin üzvü üçün 2017-ci ilin başa çatması deməkdi.
