“Beşiktaş”ın hücumçusu Mario Qomes karyerasını İngiltərədə davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, bu barədə xarici KİV-lər məlumat yayıb.
30 yaşlı forvard “Mançester Siti”nin maraq dairəsinə düşüb.
Türkiyə klubunda icarə əsasında çıxış edən və müqavilə ilə “Fiorentina”ya məxsus olan Qomesin Superliqadakı parlaq çıxışı ingilislərin diqqətindən yayınmayıb.
Qeyd edək ki, Tiaqo Alkantara bu mövsüm Bundesliqada 21 oyun keçirib və 2 qola imza atıb. Mario Qomes isə 19 qolla hazırda Superliqada bombardirlər yarışına başçılıq edir.
