“Barselona”, “Çelsi”, “Liverpul” kimi klubların radarında olan “Sauthempton”un müdafiəçisi Vircil van Dayk üçün “Mançester Siti” də transfer düyməsini basıb.
“Sauthempton” “şəhərlilər”in hollandiyalı müdafiəçi göndərdiyi 80 milyon avroluq transfer təklifini qəbul edib. Bu barədə “Daily Telegraph” məlumat yayıb. Vensan Kompaninin tez-tez zədələnməsi və Pep Qvardiolanın Elyakim Manqalanı bəyənməməsi bu keçidə “yaşıl işıq” yandırır.
