“Mançester Siti”nin futbolçuları Vinsen Kompani, David Silva və Rahim Sterlinq İngiltərə Premyer Liqasının 34-cü turunda “Çelsi” ilə oyunu buraxacaq.
Korner.az-ın məlumatına görə, bu barədə Mançester təmsilçisinin baş məşqçisi Manuel Pelleqrini məlumat verib.
O, sözügedən futbolçuların zədə səbəbindən London klubu ilə matçda oynamayacağını bildirib.
