Türkiyədə təlim-məşq toplanışında olan Bakının “İnter” klubu hazırlıqlarını davam etdirir.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Türkiyə toplanışının birinci günü 2 məşq prosesini əhatə edib.
Komanda saat 10.30-da və 17.00-da məşqə çıxıb. Səhər məşqində “İnter” əsasən fiziki məşğələləri yerinə yetiriblər. Axşam məşqindəsə futbolçular daha çox topla məşq ediblər, sonra oyunçular bir neçə qrupa bölünüblər və top alma üzərində çalışıblar.
Qeyd edək ki, sabah da iki məşqin keçirilməsi planlaşdırılır.