Populyar müğənni Səfurə Əlizadə FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin püşkatma mərasimində iştirak edəcək. Korner.az-ın məlumatına görə, 2010-cu ildə “Eurovision” mahnı müsabiqəsindəki təmsilçimiz bu gün saat 19:00-da Bakıdakı Beynəlxalq Muğam Mərkəzində təşkil olunacaq püşkatmadan 2 saat sonra Dənizkənarı Milli Parkda keçiriləcək konsertdə də çıxış edəcək. Əlizadə məşhur almaniyalı müğənni Oceananın ölkəmizə səfəri baş tutmayandan sonra dəvətli olub.
