Yoxlama matçında "İnter" qələbə qazandı
"İnter" və AZAL Premyer Liqada yaranmış fasilədən istifadə edərək yoldaşlıq oyunu keçirib.
Korner.az-ın məlumatına görə, "Şəfa" stadionunda baş tutan qarşılaşma "bankirlər"in 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.
"İnter"in heyətində Baçana Tsxadadze (2), Nizami Hacıyev (2) və Tales Şütz, “təyyarəçilər”dən isə Aylton və Andryus Veliçka fərqlənib.
