“Qalatasaray”ın heyətindən çıxardılan Səbri Sarıoğlunun əsas komandaya dönmə ümidi get-gedə azalır.
Korner.az-ın məlumatına görə, italyan çalışdırıcı Çezera Prandelli tərəfindən əvəzedicilərin heyətinə göndərilən Səbri, dünən əvəzedicilərlə “Qalatasaray”ın əsas komandası arasında oynanılan oyunda da, meydanda yer almayıb.
Bununla da, Türkiyə mətbuatı 15 il “cim bom”un formasını geyinmiş sabiq kapitanın komandadan ayrılmağını gözləyir.
