“Səbail”in yubiley qələbəsi
09.11.2020 , 16:46

“Səbail” Azərbaycan Premyer Liqasında 25-ci qələbəsini qazanıb.
Korner.az xəbər verir ki, yubiley 9-cu turun “Sumqayıt”la matçına təsadüf edib.
2017/18 mövsümündən Premyer Liqada çıxış edən paytaxt təmsilçisi 84-cü oyununda “25”ə çatıb.
Digər qarşılaşmalarda komanda 18 heç-heçə edib və 41 dəfə uduzub. “Səbail” 13 dəfə evdə, 12 dəfə səfərdə qalib gəlib.
Paytaxt təmsilçisi ölkə çempionatlarında ən azı 25 qələbəsi olan 33-cü komandadır.
