“Səbail” heyətinə daha bir futbolçu cəlb edib.
Maudo Lamine Jarjue paytaxt təmsilçisində çıxış edəcək.
19 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. Qvineya-Bisaulu futbolçu son mövsümü Portuqaliyanın 1-ci liqa komandası “Gil Visente”də keçirib.
Bu gün Bakıya gələrək müqaviləyə qol çəkən Maudo Türkiyə toplanışına komanda ilə birlikdə yollanacaq.
