Futbol

“Səbail”in yeni legioneri uzun müddətə sıradan çıxdı

23.08.2019 , 11:32

“Səbail”in futbolçusu Eriko Da Silva uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.

Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan Premyer Liqasının 1-ci turunda  “Zirə”yə qarşı oyunda (1:0) zədələnən braziliyalı yarımmüdafiəçinin 3 aydan 5 ayadək oynamayacağı bildirilib.

Qeyd edək ki, “Səbail” Eriko da Silvanı yay fasiləsində heyətinə qatıb.

Son yazılar

Yuxarı