“Səbail”in yay hazırlıq planı məlum oldu
30.06.2023 , 14:38
“Səbail”in yay hazırlıq planı bəlli olub.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 1-də bir araya gələcək komanda iyulun 8-nə qədər məşqlərini Bakıda keçirəcək.
Paytaxt təmsilçisi iyulun 9-da toplanışın ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək. “Dənizçilər” bu müddətdə üç yoxlama oyunu keçirəcək. Matçların detalları ilə bağlı məlumatın qarşıdakı günlərdə veriləcəyi bildirilib.