“Səbail”in Türkiyədəki bütün rəqibləri məlum oldu
28.12.2019 , 22:41

“Səbail”in Tükiyədəki təlim-məşq toplanışı çərçivəsində qarşılaşacağı rəqiblər müəyyənləşib.
Korner.az xəbər verir ki, paytaxt təmsilçisi Qazaxıstanın “Jetısu” (15 yanvar), Ukraynanın “Olimpik” (Donetsk, 18 yanvar), Rumıniyanın “Voluntari” (21 yanvar) və Polşanın “Korona” (25 yanvar) klubları ilə qarşılaşacaq.
Qeyd edək ki, “Səbail” qış fasiləsinə 12 xalla sonuncu pillədə yollanıb.
