“Səbail”in təzə bazasının meydançası – FOTOLAR
07.07.2022 , 21:36

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) dəstəyi ilə “Səbail”in futbolçularının ustalıq səviyyəsinin artırılması məqsədilə Xaçmaz rayonunda yaradılan təlim-məşq bazasının açılışı olub.
Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ASCO və “Səbail” rəhbərliyi yeni təlim-məşq bazası və burada yaradılan şəraitlə tanış olub, tapşırıq və tövsiyələrini verib, bütün komanda üzvlərinə uğurlar arzulayıblar.
Təlim-məşq bazasında ilk olaraq uşaqların təlim məşqinə start verilib.
Klubun açıqlamasında bildirilib ki, müasir standartlara cavab verən təlim-məşq bazasında müxtəlif idman oyunların keçirilməsi üçün qum üzərində meydança ilə yanaşı, yeməkxana, oyunçuların gecələməsi üçün yenilənmiş koteclər də fəaliyyət göstərir.
