“Səbail”in şikayəti təmin edilmədi
02.12.2021 , 16:16

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Səbail” klubu tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı qərarını açıqlayıb.
Korner.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Apellyasiya Arbitraj Tribunalının qərarına əsasən, “Səbail” klubu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib.
AFFA İntizam Komitəsinin 05.11.2021-ci il tarixində “Səbail” futbol klubunun oyunçusu Nikolas Raysel və klubun baş məşqçisi Aftandil Hacıyev barəsində, eləcə də klub barəsində verdiyi hər iki qərar qüvvədə saxlanılıb.
