“Səbail”in səfər matçı canlı yayımda
08.07.2019 , 14:36

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Unversitatya Krayova” – “Səbail” görüşü ölkəmizdə canlı yayımlanacaq.
Korner.az-ın məlumatına görə, iyulun 18-də Rumıniyada – “İon Oblemenko-Krayova” stadionunda keçiriləcək matçı “CBC Sport” kanalı canlı yayımlayacaq.
Qeyd edək ki, tərəflər arasında ilk oyun iyulun 11-də, “ASCO Arena”da keçiriləcək.
