“Səbail”in rəqiblərindən biri məlum oldu
23.12.2022 , 13:36

Qış fasiləsində Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək “Səbail”in yoxlama oyunu keçirəcəyi komandalardan biri müəyyənləşib.
Korner.az xəbər verir ki, paytaxt təmsilçisi Serbiyanın “Spartak” klubu ilə qarşılaşacaq. Məlumatı subotiçalıların mətbuat xidməti yayıb. Matç yanvarın 16-da keçiriləcək.
Super Liqada çıxış edən “Spartak” 19 turdan sonra 18 xalla 11-cidir.
