“Səbail”in qış hazırlıq planı bəlli oldu
05.01.2026 , 21:17
Futbol üzrə Azərbaycan 1-ci Liqasında çıxış edən “Səbail”in qış hazırlıq planı bəlli olub.
Korner.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Adil Şükürovun rəhbərlik etdiyi komanda təlim-məşq toplanışını “ASCO Arena”da keçirəcək.
Hazırlıq mərhələsi çərçivəsində “Səbail” 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblərin kimliyi barədə məlumat hələki açıqlanmayıb.