“Səbail”in matçına hakimlər açıqlandı
15.07.2019 , 17:07

“Səbail”in Avropa Liqasının I təsnifat mərhələsində “Universitatya”ya səfər matçına hakim təyinatları açıqlanıb.
Korner.az-ın məlumatına görə,oyunu Helgi Mikael Yonasson idarə edəcək.Ona Yohann Qudmundsson və Bringeir Valdimarsson kömək edəcək.Dördüncü hakim funksiyası isə İvar Orri Kristiyanssona həvalə edilib.
“Universitatya”-“Səbail” oyunu iyulun 18-də Bakı vaxtı ilə 20:00-da start götürəcək.
