“Səbail”in legioneri üçün 90 dəqiqə
18.11.2019 , 18:58

AVRO-2020-nin seçmə mərhələsinin son turunun oyunları keçirilir.
Korner.az xəbər verir ki, “Səbail”ın yarımmüdafiəçisi Yevgeni Koçukun çıxış etdiyi Moldova millisi evdə İslandiyaya 1:2 hesabı ilə məğlub olub.
Koçuk 90 dəqiqə çıxış edib. Moldova seçmə mərhələni 4 xalla 6 komanda arasında son yerdə tamamlayıb. Bu qrupdan Fransa və Türkiyə milliləri final mərhələsinə adlayıblar.
