“Səbail”in legioneri milliyə çağırıldı
11.11.2021 , 19:12

“Səbail”in yarımmüdafiəçisi Domantas Şimkus Litva milli komandasına dəvət alıb.
Korner.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Litva yığması sabah DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyanın qonağı olacaq. Noyabrın 15-də isə bu komanda Küveyt yığmasıyla yoxlama oyunu keçirəcək.
