“Səbail”in kapitanına 4 oyunluq cəza verildi
27.11.2018 , 14:23

AFFA İntizam Komitəsi “Səbail”in kapitanı Elton Yaqubluya ağır cəza verib.
Bununla bağlı qərar İK-in bugün keçirilən iclasında qəbul olunub.
Qərarda bildirilib ki, Topaz Premyer Liqasının 12-ci turunun “Səbail” – “Neftçi” matçı başa çatdıqdan sonra meydan sahibi klubun protokolda adı olmayan futbolçusu Elton Yaqublu hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub.
