“Səbail”in ilk yoxlama oyununun vaxtı
08.01.2024 , 13:59
Azərbaycan Premyer Liqasının 2023-2024-cü il mövsümünün hazırlığını Antalyada davam etdirən “Səbail” ilk yoxlama oyununu yanvarın 12-də keçirəcək.
Korner.az xəbər verir ki, Şahin Diniyevin rəhbərlik etdiyi komanda Rumnıniya Superliqa təmsilçisi “Universitatea Cluj”la üz-üzə gələcək.
Oyun yerli vaxtla 17:00 (Bakı vaxtı ilə 18:00) “İS Santai Hotel”inin meydançalarında keçiriləcək.