“Səbail”in ilk sınağı
11.07.2024 , 11:02

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan “Səbail” bu gün ilk yoxlama oyununu keçirəcək.
Korner.az xəbər verir ki, Şahin Diniyevin baş məşqçisi olduğu komanda bu ölkənin 1-ci Liqa təmsilçisi “Ərzurumspor”la üz-üzə gələcək.
Qarşılaşma saat 17:00-da start götürəcək.
İyulun 13-də Super Liqa klubu “Hatayspor”la qarşılaşacaq “dənizçilər”in sonuncu rəqibi hələlik məlum deyil.
