“Səbail”in futbolçusu milliyə çağırıldı
20.12.2019 , 20:53

“Səbail”in yarımmüdafiəçisi Yevgeni Koçuk Moldova milli komandasına dəvət alıb.
Korner.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Moldova yığması yanvarın 5-dən 11-dək Qətərdə təlim-məşq toplanışında olacaq. Hazırlıq prosesi çərçivəsində bu komanda İsveç millisi ilə yoxlama oyununda da qüvvəsini sınayacaq. Bu qarşılaşma yanvarın 9-da baş tutacaq.
