“Səbail”in futbolçusu karyerasını bitirdi
15.02.2022 , 16:04

“Səbail”in müdafiəçisi Şəhriyar Rəhimov futbolçu karyerasını bitirmək qərarına gəlib.
Korner.az xəbər verir ki, onun davamlı aldığı zədələr nəticəsində yaranan xroniki ağrıları bu qərarı verməsinə səbəb olub.
Rəhimov 2018/2019, 2019/2020, 2021/2022-ci illər mövsümündə komandanın heyətində çıxış edib. Ümumilikdə 50 oyun keçirən futbolçu 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
