“Səbail”in futbolçusu hakimi döydüyü üçün cəzalandı
06.11.2018 , 13:52

AFFA İntizam Komitəsinin iclası keçirilib.
İclasda 1-ci divizionun son turunda baş vermiş qayda pozuntuları ilə bağlı qərarlar açıqlanıb:
Birinci divizionun 9-cu turunun “Zirə-2” – “Kəpəz” matçında “Zirə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Oyunun 45+1-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Fərid Bayramov ikinci sarı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
Birinci divizionun 9-cu turunun “Turan Tovuz” – “Keşlə-2” matçında “Keşlə-2”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Birinci divizionun 9-cu turunun “Qarabağ-2” – MOİK matçında MOİK-in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Birinci divizionun 9-cu turunun “Ağsu” – “Neftçi-2” matçında “Neftçi-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Birinci divizionun 9-cu turunun “Səbail-2” – “Zaqatala” matçının 55-ci dəqiqəsində “Səbail-2” klubunun futbolçusu Murad Məmmədov qırmızı vərəqə aldıqdan sonra meydanı tərk edərkən hakimə fiziki təzyiq göstərdiyinə görə futbolçu 5 oyun cəzalanır, klub 400 manat cərimə olunur.
