“Səbail”in futbolçusu: “Bütün gücümüzlə oynayacağıq”
24.06.2019 , 15:55

“Yaxşı kollektivimiz və futbolçularımız var”.
Korner.az xəbər verir ki, bunu “Səbail”in futbolçusu Eltun Yaqublu Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları Rumıniya “Krayova”sı ilə matçdan öncə deyib.
27 yaşlı müdafiəçi rəqibin necə təcrübəli komanda olduğunu bildiklərini söyləyib: “Qələbə qazanmaq üçün bütün gücümüzlə oynayacağıq. İnanırıq ki, növbəti mərhələyə irəliləyən biz olacağıq”.
