“Səbail”in Bolqarıstanda ilk sınağı
21.06.2019 , 14:47

Bolqarıstanda təlim-məşq toplanışında olan “Səbail” bu gün yoxlama oyunu keçirəcək.
Korner.az-ın məlumatına görə, ölkəmizi Avropa Liqasında təmsill edəcək Aftandil Hacıyevin rəhbərlik etdiyi komanda Bolqarıstanın “Lokomotiv” klubu ilə qarşılaşacaq. Plovdiv təmsilçisi ilə matç saat 16:00-da start götürəcək.
Qeyd edək ki, “Səbail” həmçinin, Beroe” (Bolqarıstan), “Clinceni” (Rumıniya) və “Makedoniya” (Şimali Makedoniya) ilə yoxlama görüşü keçirəcək
